“Təbər”li bombalar F-16 təyyarələrinə inteqrasiya edilib

ROKETSAN şirkətinin INS və GPS naviqasiyası və lazer başlıqlı “Təbər” yönləndirmə dəsti (LGK) Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 Blok 40 təyyarəsinə inteqrasiya edilib.

Bu barədə “AzeriDefence” Türkiyə mediasına istinadən məlumat verib.

Hədəflərin yüksək dəqiqliklə vurulması üçün nəzərdə tutulan “Təbər” sistemi MK-81 və MK-82 tipli aviasiya bombalarına uyğunlaşdırılıb.

“Təbər” LGK ilə təchiz olunan F-16 Blok 40 təyyarəsinin uçuş testləri keçirilib və uğurla tamamlanıb.

“Təbər” ön hissədə yerləşən yarı aktiv lazer axtarıcı (SAL) və gövdə hissədə qanadcıqlar və quyruq hissədə yerləşən Qlobal Peyk Naviqasiya Sistemi (GNSS),  inersial naviqasiya sistemi, batareya, uçuşa nəzarət sistemindən ibarətdir.

“Təbər” 3 rejimdə – yalnız INS, INS+GPS+Lazer, INS+Lazer rejimlərində çalışır. Uçuş məsafəsi buraxıldığı hündürlükdən asılı olaraq 28 km-dək, dəqiqliyi isə 3 metrədəkdir. Manevr qabiliyyəti 3g təşkil edən “Təbər”in hədəfə yönəlmə sürəti 100 km/saat təşkil edir.

KATEQORIYA:
Bu xəbəri paylaş