Tehranda Azərbaycan-İran birgə hərbi komissiyasının iclası keçirilir

Tehranda Azərbaycan-İran birgə hərbi komissiyasının iclası keçirilir

Tehranda Silahlı Qüvvələrin qərargahında İran-Azərbaycan birgə komissiyasının iclası keçirilir.

Bu barədə “AzeriDefence” İran mediasına istinadən məlumt verib.

İclasa İran tərəfdən Silahlı Qüvvələr Baş Qərargah rəisinin beynəlxalq və diplomatik işlər üzrə müavini briqada generalı Qadir Nizami və Azərbaycan tərəfdən Müdafiə nazirinin müavini general-leytenant Fuad Məmmədov sədirlik edir.

Görüşdə, hərbi təhsil sahəsində əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, o cümlədən birgə təlimlər, elmi-tədqiqat işləri, hərbi tibbi və idman sahəsində əməkdaşlıq, habelə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Həftənin sonuna qədər davam edəcək İran-Azərbaycan birgə komissiyasının iclası anlaşma memorandumunun imzalanması ilə başa çatacaq.

İran-Azərbaycan birgə komissiyasının növbəti iclasının gələn il Bakıda keçirilməsinə razılıq verilib.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş