“Telemexanika” zavodunda xəsarət alan işçilərin müalicəsi davam etdirilir

“Telemexanika” zavodunda xəsarət alan işçilərin müalicəsi davam etdirilir

“Telemexanika” zavodunun sexlərinin birində yaranmış qısaqapanma nəticəsində baş vermiş hadisə ilə bağlı Müdafiə Sənayesi Nazirliyi tərəfindən rəsmi məlumat verilib.

Bu barədə “AzeriDefence”yə MSN-nin mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, rəsmi məlumat verilməsinə baxmayaraq, bəzi informasiya ağentlikləri hadisə nəticəsində xəsarət alanların səhhəti ilə bağlı ictimaiyyətə yanlış informasiyalar çatdırırlar: “Bu təəssüf doğurur. Müdafiə Sənayesi Nazirliyi bir daha bildirir ki, hadisə zamanı xəsarət alan altı nəfər hazırda həkim nəzarəti altındadır”.

Qeyd edək ki, iyulun 6-da Müdafiə Sənayesi Nazirliyinin Şirvandakı “Telemexanika” zavodunun sexlərinin birində yaranmış qısaqapanma nəticəsində 20 kvadratmetr sahədə yanğın baş verib. Yanğın nəticəsində zavodun bir əməkdaşı dünyasını dəyişmiş, altı nəfər isə xəsarət alıb.

KATEQORIYA:
Bu xəbəri paylaş