Təlimlərə cəlb edilən şəxsi heyət və hərbi texnika daimi dislokasiya məntəqələrinə qayıdıb – VİDEO

Azərbaycan Ordusunun genişmiqyaslı təlimlərinə cəlb olunan şəxsi heyəti və hərbi texnikası daimi dislokasiya məntəqələrinə qayıdıb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Hərbi hissələrə gələn bütün hərbi texnika və silaha qulluq göstərilib, onların maddi-texniki vasitələrlə təchiz edilməsi həyata keçirilib və döyüş texnikaları saxlanclara yerləşdirilib.

Qeyd edək ki, 12-17 mart tarixlərində keçirilmiş təlimlərə 25 000 nəfərədək şəxsi heyət, 250-dək tank və digər zirehli texnika, 1000-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 50-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunub.

KATEQORIYA:
Bu xəbəri paylaş