Tərtərdə ermənilərin atdığı kimyəvi tərkibli partlamamış top mərmisi tapıldı – FOTO

Aprel ayında cəbhədə baş vermiş döyüşlər zamanı Ermənistan Ordusu tərəfindən Tərtər rayonuna atılmış ağ fosfor tərkibli 122 mm çaplı bir ədəd partlamamış top mərmisi tapılıb.

Bu barədə “AzeriDefence”yə ANAMA-dan məlumat verilib.

Qeyd edək ki, ağ fosfor tərkibli döyüş sursatları kimyəvi tərkibinə görə zərərli hesab olunur və onların tətbiqi yolverilməz sayılır.

Sursat Tərtər rayonunu Əskipara kəndinin əkin sahəsinə düşdüyü üçün partlamayıb.

Tərtər rayonu ərazisində ANAMA tərəfindən həyata keçirilmiş əməliyyatlar zamanı Qarağacı kəndində 1 ədəd partlamamış 152 mm-lik top mərmisi də aşkarlanıb.

IMG_7435

IMG_7436

IMG_7440

IMG_7447

 

KATEQORIYA:
Bu xəbəri paylaş