Textron Inc şirkəti ABŞ donanması üçün hava yastıqlı yeni desant gəmisini inşa edəcək

Textron Inc şirkəti ABŞ Hərbi-Dəniz Qüvvələrindən SSC (Ship to Shore Connector) hava yastıqlı desant gəmisini inşa edəcək. “AzeriDefence”nin məlumatına görə, perspektivli gəmi bu şirkətin istehsal etdiyi mövcud KVP LCAS (Landing Craft, Air Cushion) gəmilərini əvəz etməlidir.

Gəmilərin inşaatı 2015-ci ilin iyun ayınadək başa çatmalıdır. Müqavilə üzrə 8 ədəd gəmi tikiləcək.

Yeni gəmilər 30 il xidmət müddətinə və 74 ton yük götürmə qabiliyyətinə malik olacaq.

KATEQORIYA:
Bu xəbəri paylaş