Textron şirkətinin yeni kasetli bombası – G-CLAW

Textron Defense Systems şirkəti yeni tip kasetli döyüş sursatı hazırlayıb. Bu barədə “AzeriDefence” xarici hərbi mediaya istinadən məlumat verib.

Yüksək texnologiyalar əsasında hazırlanmış G-CLAW adlı yeni sursat ənənəvi kasetli döyüş sursatlarına alternativdir.

Yeni sursat yüngül çəkili olmaqla yanaşı böyük məhvetmə gücünə malikdir. Atışlar zamanı ənənəvi sursatlardan fərqli olaraq bütün bombaları partlayır və yer üzərində qalmır. G-CLAW zərəri azaltmaq üçün elektron sistemlə, o cümlədən GPS siqnallarla idarəetmə sistemi ilə təchiz edilib. Bundan başqa, kasetin daxilindəki döyüş sursatları özünü məhvetmə və partladıcını söndürmə sistemi mövcuddur. Yeni sursatın təhlükəsizlik sistemlərinin etibarlılığı 99%-dən çox təşkil edir.

Yeni sursat döyüş təyyarələrində, MC-130W nəqliyyat təyyarələrində, helikopterlər və pilotsuz platformalarda tətbiq olunacaq.

İstehsalçı şirkətin mütəxəssislərinin hesablamalarına görə, bir G-CLAW futbol stadionunun sahəsində yüngül zirehli hərbi texnika və canlı qüvvəni məhv etmə gücünə malikdir.

KATEQORIYA:
Bu xəbəri paylaş