“Textron Systems” yeni PUA-nın təqdimatını keçirdi

ABŞ-ın “Textron Systems” şirkətinin istehsalı olan yeni “Nightwarden” (Gecə gözətçisi) operativ-taktik pilotsuz uçuş aparatının (PUA) təqdimatı keçirilib.

“AzeriDefence”nin “Textron Systems” şirkətinin rəsmi saytına istinadən verdiyi məlumata görə, yeni PUA Fransada keçirilən “Paris Airshow” aviasiya sərgisində ilk dəfə nümayiş etdirilib.

Bildirilib ki, “Nightwarden” PUA-dan döyüş əməliyyatları ilə yanaşı, kəşfiyyat-müşahidə əməliyyatlarında da istifadə etmək mümkündür.

Səssiz uçuş rejiminə malik PUA 59 kiloqrama qədər faydalı yük daşıya bilir.

Havada qalma müddəti 15 saat olan “Nightwarden” PUA-nın maksimum sürəti 90 knot, uçuş tavanı isə 16 min fut təşkil edir.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş