“Thales” şirkəti Qətərin alacağı “Rafale” döyüş təyyarələrin REM sistemi və AESA radarı ilə təchiz edəcək

Fransanın “Thales” şirkəti Qətərə tədarük ediləcək “Rafale” döyüş təyyarələrini RBE2 AESA (Active Electronically Scanning Array) radarı və “Spectra” radioelektron mübarizə (REM) sistemi ilə təchiz edəcək.

“AzeriDefence” xəbər verir ki, bu barədə “Thales” şirkəti məlumat yayıb.

“Thales” şirkəti həmçinin Qətərin Fransadan alacağı yeni 12 ədəd “Rafale” döyüş təyyarələrini kabinəsində yer alacaq bəzi displeylər və digər komponentlər ilə təmin edəcək.

AESA radar sistemləri pilotlara həlledici qərarlar qəbul etməmişdən əvvəl hədəfi müəyyən etmə, məlumat toplama, taktiki təhlil və qiymətləndirmə üçün daha çox vaxt və geniş imkanlar verəcək.

“Rafale” döyüş təyyarələrinə inteqrasiya olunacaq REM sistemi sayəsində təyyarə maksimum səviyyədə zenit-raket komplekslərindən və RLS-lərdən yayına biləcək. Bununla da təyyarə yalnız döyüş tapşırıqlarını deyil, həm də radioelektron mübarizəni də həyata keçirə biləcək.

KATEQORIYA:
Bu xəbəri paylaş