“The Defero Solutions” Kanadanın termal kamera sistemlərini Azərbaycanda təqdim edir

“The Defero Solutions” Kanadanın termal kamera sistemlərini Azərbaycanda təqdim edir

Azərbaycanın “The Defero Solutions” şirkəti Kanadanın “Infiniti Electro-Optics” şirkətinin (“Ascendent Technology Group”a daxildir) istehsal etdiyi termal kamera sistemlərini Azərbaycan və region bazarında təqdim edəcək.

Bu barədə “AzeriDefence”ə “The Defero Solutions” şirkətindən məlumat verilib.

Şirkət yaxın vaxtlarda Azərbaycanın hərbi qurumları və güc strukturlarına “Infiniti” şirkətinin istehsalı olan termal kameraları və sensorların təqdimatını keçirməyə hazırlaşır.

Sərhəd və perimeter nəzarət, müşahidə, sahil nəzarət, strateji obyektlərin mühafizəsi (Hava limanları, neft və qaz boru kəmərləri, dövlət qurumları, antidron) üçün xüsusi həllərin yaradılması ilə məşğul olan “Infiniti Electro-Optics” şirkəti MWIR, LWIR, SWIR termal görüntü, ZLID ™ lazer işıqlandırması, uzaq məsafəli HD və NIR görüntü kameraları təqdim edir.

“Infiniti” EO məhsulları uzun məsafəli görüntüləmə xüsusiyyətləri ilə yanaşı müdafiə sahəsində istifadə edilən digər həllərlə də inteqrasiya olunaraq, tam müdafiə həllərini təqdim edə bilir.

Qısa məsafədə dron aşkarlama radarlarından orta məsafəli yerüstü insan və nəqliyyat vasitələrini, uzun məsafəli hava və dəniz radarlarına qədər inteqrasiya oluna bilən EO cihazlar yer, dəniz və hava hərəkətini izləməyə imkan verir. Şirkət tərəfindən zirehli nəqliyyat vasitələri üün də uyğun gimbal həlləri və 10 km-dək termal izləmə həlləri təqdim olunur.

“Infiniti Electro-Optics” şirkətinin ordu və sahil mühafizə təşkilatları üçün hazırladığı “Vega” elektro-optik (EO) kompleksi stasionar və mobil formada tətbiq edilə bilər. Kompleks özündə inkişaf etmiş soyudulan və ya soyudulmayan uzun məsafəli termal kamera və PTZ kameranı birləşdirir. Uzun məsafədə müşahidə və nəzarət üçün hazırlanmış, optimallaşdırılmış EO kompleks həm görünən, həm də NIR dalğa uzunluğuda yüksək spektral həssaslığa malikdir.

“Vega”da “Infiniti”nin özünə aid (5 km-ə qədər) uzun məsafəli ZLID (Zoom Lazer ID Diode) işıqlandırması, giroskop və (20 km-ə qədər) lazer məsafəölçən yer alır. Qatı tüstüdə, qaranlıqda, istənilən mühitdə effektiv, yüksək keyfiyyətli görüntüləmə üçün çoxsaylı seçimləri ilə “Vega” bütün sutka ərzində uzaq məsafədən hədəflərin müəyyənləşdirilməsi və izlənməsi üçün istifadə oluna bilir.

135x yaxınlaşdırma imkanına malik obyektivlərin istifadə edildiyi sistem gündüz 25-30 km, gecə vaxtı 1 km-dən 47 km-dək məsafədə keyfiyyətli görüntü əldə etməyə imkan verir.

Eyni zamanda multisensor texnologiyası ilə fərqli tip göörüntüləmə texnologiyasını özündə birləşdirən bu EO sistemlər gündüz rəngli, gecə ağ-qara və termal görüntünü eyni zamanda göstərir.

Şirkət EO sistemlərlə inteqrasiya olunuş, sərhəd mühafizəsi üçün Ağıllı Video Analiz həlləri təqdim edir. İnsan, maşın və heyvanı önəminə görə aşkarlamaq üçün müxtəlif təhlükəsizlik ssenariləri, yanğın təsbiti, sahəyə giriş, sahədən çıxış, cizgiləri keçmə, düşən və itirilən əşyalar, avtomatik hədəf izləmə kimi funksiyalar mövcuddur.

Kameralar -50⁰C-dən +60⁰C-dək temperaturlarda və ya dəniz şəraitində problemsiz istifadə olunur.

“Infiniti” yaratdığı texnologiyalar və məhsullarla “BAE Systems”, “Raytheon”, “Lockheed Martin” kimi bir çox dünya miqyaslı müdafiə sənayesi şirkətlərinin termal görüntü və komponent ehtiyaclarını qarşılayıb.

Qeyd edək ki, indiyədək Azərbaycanın hüquq-mühafizə orqanları üçün müxtəlif layihələr həyata keçirmiş “The Defero Solutions” şirkəti Türkiyə, ABŞ, Kanada, Fransa, Avstriya və Almaniyanın müdafiə və təhlükəsizlik sektorunda məhsul və həllərin istehsalı sahəsində fəaliyyət göstərən bir sıra tanınmış şirkətlərinin təmsilçisidir.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş