“Tiqr-M” distans idarəetmə döyüş modulu ilə təchiz edilib – FOTOLAR

Rusiyanın “Hərbi Sənaye Kompleksi” (VPK) şirkəti “Tiqr-M” zirehli avtomobilinin “Arbalet-DM” distans idarəetmə döyüş modulu ilə komplektləşdirilmiş nümunəsini nümayiş etdirib.

“AzeriDefence”nin məlumatına görə, VPK şirkətinin baş direktoru Dmitri Qalkin jurnalistlərə açıqlamasında bildirib ki, “Tiqr-M” “Arbalet-DM” döyüş modulu ilə ilk dəfə 2016-cı il mayın 9-da “Qələbə” paradında geniş ictimaiyyətə təqdim olunub.

“Tiqr-M” zirehli avtomobillərinin “Arbalet-DM” distans döyüş modulu ilə komplektləşdirilmiş versiyası bu ilin yanvarında dövlət sınaqların uğurla keçib və Rusiya Ordusunun silahlanmasına qəbul edilib.

Baş direktor qeyd edib ki, Rusiya Müdafiə Nazirliyi “Arbalet-DM” döyüş modulunu “Tayfun” zirehli avtomobil ailəsinin MT-LB tipli, digər təkərli və tırtırlı piyadaların döyüş maşınlarında komplektləşdirilməsinə maraqlıdır.

“Bu döyüş modulu təkərli və tırtıllı zirehli avtomobillərlə yanaşı suüstü nəqliyyat vasitələrinə və stasionar mühafizə məntəqələrinin komplektləşdirilməsində istifadə oluna bilər”, – deyə Dmitri Qalkin vurğulayıb.

Distans idarəetməli döyüş modulu vasitəsiylə avtomatik olaraq 2,5 km məsafədə hərəkət edən hədəfləri izləmək və 1,5 km-ə qədər məsafədə termal kamera ilə hədəfi tanımaq mümkündür.

Modul 150 patron tutumlu 12,7 mm “Kord” və 250 patron tutumlu 7,62 mm çaplı PKT pulemyot ilə təchiz olunub.

KATEQORIYA:
Bu xəbəri paylaş