“Tiqr” zirehli avtomobillərinin yeni variantı yaradılır

Rusiya Müdafiə Nazirliyi “Tiqr” zirehli avtomobillərin yeni variantının hazırlamasına vəsait ayırıb.

“AzeriDefence” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu haqda Hərbi Sənaye Şirkətinin baş direktoru Aleksandr Krasoviski məlumat verib.

Onun sözlərinə görə, “Tiqr” zirehli avtomobillərinin yeni variantının yaradılması üzrə dizayn iş başlanılıb. Maşının birinci nümunəsinin istehsal olunması növbəti ildə gözlənilir.

Baş direktor bildirib ki, hazırda konstruktorlar “Tiqr” avtomobillərinin eskizlərinin təsviri üzərində işləyirlər: “Düşünürəm ki, biz bu maşını növbəti ildə tam hazır vəziyyətdə görəcəyik”.

KATEQORIYA:
Bu xəbəri paylaş