“Tiqr”in üzərində 120 mm-lik özüyeriyən minaatan nümayiş olunub

“Tiqr-M” zirehli avtomobilinin şassisi üzərində qurulan 120 mm-lik özüyeriyən minaatan kompleksinin yeni nümunəsi “Geodeziya” Elmi-Tədqiqat İnstitutunun poliqonunda keçirilən “Krasnoarmeysk” turnirində ilk dəfə təqdim olunub.

“AzeriDefence”nin “military-informant.com” saytına istinadən məlumatına görə, 120-mm-lik özüyeriyən minaatan “Hüquq-mühafizə orqanlarının qabaqcıl texnologiyaları günü” elmi texniki forum çərçivəsində nümayiş etdirilib.

Bu kompleksin istehsalçısı “Burevenstik” səhmdar cəmiyyəti tərkibinə daxil olan “Uralvaqonzavod” və “Motovilixinskiy zavod” dövlət şirkətləridir.

Məsafədən idarəolunan minaatan qurğusu hidropnevmatik dayaqlarla “Tiqr-M” zirehli avtomobilinə inteqrasiya olunub.

Məlumatda o da qeyd olunub ki, bundan əvvəl kompleks “Ordu 2016” formunda bir sıra xarici nümayəndə heyətinə də təqdim olunub. İraq və Misir hərbi nümayəndələri yeni özüyeriyən minaatan kompleksi ilə yaxından maraqlanıblar.

KATEQORIYA:
Bu xəbəri paylaş