Tofiq Rəfiyevə Prezidentin fərdi təqaüdü verilib

Tofiq Rəfiyevə Prezidentin fərdi təqaüdü verilib

Prezident İlham Əliyev Tofiq Rəfiyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi barədə sərəncam imzalayıb.

“AzeriDefence”nin məlumatına görə, dövlət başçısının bu gün imzaladığı sərəncamla Azərbaycanın müdafiə sənayesinin inkişafı sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Tofiq Yusuf oğlu Rəfiyev Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

Qeyd edək ki, Tofiq Rəfiyev 2006 – 2019-cu illərdə Müdafiə Sənayesi nazirinin müavini vəzifəsində çalışıb.

KATEQORIYA:
Bu xəbəri paylaş