Tovuz istiqamətində vəziyyət gərgin olaraq qalır

Tovuz istiqamətində vəziyyət gərgin olaraq qalır

İyulun 16-da səhər saatlarından başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan ordusunun mövqelərinə yenidən hücum cəhdi olub.

Bu barədə “AzeriDefence”ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

“Eyni zamanda rayonun Ağdam, Dondar Quşçu və Vahidli kəndləri iriçaplı silahlar və minaatanlardan atəşə tutulub. Mülki əhali arasında xəsarət alan yoxdur.

Hazırda bu istiqamətdə döyüş gedir. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

İctimaiyyətə əlavə məlumat veriləcək”, – deyə məlumatda bildirilib.

KATEQORIYA:
Bu xəbəri paylaş