Tovuz rayonu istiqamətində gedən döyüşlərdə bir neçə hərbçimiz şəhid olub

Tovuz rayonu istiqamətində gedən döyüşlərdə bir neçə hərbçimiz şəhid olub

Ermənistan Silahlı Qüvvələrinin Tovuz rayonu istiqamətində Azərbaycan sərhədlərinə hücumunu dəf edərkən bir neçə hərbçi şəhid olub.

“AzeriDefence”nin APA-ya istinadənn verdiyi məlumata görə bu barədə jurnalistlərə açıqlamasında müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev bildirib.

Müdafiə Nazirliyinin məlumatında bildirilir ki, döyüşlər nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları – polkovnik İlqar Mirzəyev, mayor Əhmədov Namiq Hajan oğlu, mayor Novruzov Anar Gülverdi oğlu, gizir Zeynallı İlqar Ayaz oğlu, gizir Babayev Yaşar Vasif oğlu və müddətdən artıq həqiqi xidmət hərbi qulluqçusu, əsgər Mustafazadə Elçin Arif oğlu qəhrəmancasına şəhid olublar.

 

KATEQORIYA:
Bu xəbəri paylaş