“Traktor Zavodları”: Maliyyələşmə problemi ilə əlaqədar Azərbaycana BMP-3-lərin çatdırılması gecikir

Maliyyələşmə problemləri ilə əlaqədar olaraq Rusiyadan Azərbaycana BMP-3  piyada döyüş maşınlarının çatdırılması 2017-ci ilin sonu, 2018-ci ilin əvvəllərinədək təxirə salınıb.

“AzeriDefence”nin məlumatına görə, bu barədə TASS agentliyinə “Traktor Zavodları” Konserninin baş direktorunun müavini Aleksey Losev bildirib.

Losevin sözlərinə görə, müqavilə qüvvədə qalır. Lakin maliyyələşmədəki çətinliklərlə əlaqədar proses bir qədər uzanacaq: “Ümid edirik ki, 2017-ci ilin sonu, 2018-ci ilin başlanğıcına maşınların çatdırılması tamamlanacaq”.

Qeyd edək ki, Azərbaycana BMP-3 piyada döyüş maşınlarının çatdırılması prosesinin 2016-cı ildə yekunlaşdırılması nəzərdə tutulmuşdu.

 

KATEQORIYA:
Bu xəbəri paylaş