“Tranzas”dan İndoneziyaya QMSSB TGS 5000 trenajoru

Rusiyanın “Tranzas” şirkəti 2011-ci ilin sonlarında İndoneziya Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin sifarişi ilə Poçt Rabitəsi Baş idarəsinin Surabay və Medanda şəhərlərindəki şöbələrində Fəlakət Zamanı Qlobal Dəniz Rabitə Sistemi (QMSSB TGS 5000) trenajorunu qurub. Bu barədə şirkətin mətbuat mərkəzinin yaydığı məlumatda qeyd olunub.

Hər iki şəhərdə qurulmuş trenajorun konfiqurasiyasına 1 təlimatçı və 8 müdavim yeri daxildir. Yeni sistemlər İndoneziya dənizçilərinin fəlakətlər zamanı qlobal dəniz sistemi ilə iş sahəsində biliklərinin yoxlaması üçün nəzərdə tutulur.

Poçt Rabitəsi və Telekommunikasiya Baş İdarəsi İndoneziyada “Tranzas” şirkətinin ilk sifarişçilərindən biridir. Bu qurum 1999-cu ildə “Tranzas”dan QMSSB TGS 2000 trenajorunu əldə edib. Paytaxt Cakartada qurulmuş trenajor indiyə qədər istismar edilir.

Qeyd edək ki, Poçt Rabitəsi Baş idarəsi İndoneziyada radiorabitəçilərə diplomlarının verilməsinə cavabdeh agentlikdir.

KATEQORIYA:
Bu xəbəri paylaş