“Trio” ZRK-nin mobil versiyası “MİLEX-2021” sərgisində nümayiş etdiriləcək

“Trio” ZRK-nin mobil versiyası “MİLEX-2021” sərgisində nümayiş etdiriləcək

“BSVT – Yeni Texnologiyala” MMC-i (ТАА “БСВТ – новыя тэхналогіі”) təşəbbüs qaydasında yüksək dəqiqlikli silahlara və pilotsuz uçuş aparatlarına təsirli şəkildə qarşı çıxa bilən universal hava hücumundan müdafiə sistemlərinin yaradılması üçün müasir konsepsiyalarını nəzərə alaraq, “ASILAK” yüngül zirehli avtomobil bazasında “Trio” yaxın mənzilli zenit raket kompleksi yaradıb.

“Poliqon” xəbər verir ki, bu barədə “”Belspetsvneştexnika – BSVT” Dövlət Xarici Ticarət Unitar Birliyinin mətbuat xidməti məlumat verib.

Məlumatda bildirilir ki, layihələndirmə işlərinin gedişatında yalnız iki növ sursatla – təkmilləşdirilmiş R-60-NT qısa mənzilli aviasiya idarəolunan raketi və 9M37M zenit idarəolunan raketin ilə atəş edə bilən universal döyüş modulu deyil, həm də akustik və optik kəşfiyyat sistemləri yaradılır. R-60-NT raketi təkmilləşdirilib və yeni idarəetmə sistemi tətbiq edilib. Raket infraqırmızı, lazer və teplovizual tipli özütuşlanma başlıqları ilə təchiz edilə bilir.

Yeni zenit-raket kompleksi bort naviqasiya və səmtləşməs kompleksi, məlumatların qəbulu və ötürülməsi avadanlığı, həmçinin “Alyans” avtomatlaşdırılmış idarəetmə sisteminə (AİS) inteqrasiya olunmuş rabitə və idarəetmə sistemləri ilə təchiz edilib. Dəstəkləyən radiotexniki bölmələrdən və yuxarı komanda məntəqəsindən aşkarlanan və alınan hədəflər haqqında məlumatlar real vaxtda işlənir və “Trio” ZRK atəş vasitələrinə hədəfgöstərmə məlumatı kimi verilir.

Bundan başqa, ZRK fəza yarımkürəsinin müəyyən hissəsini avtomatik olaraq müşahidə edən, televiziya modullarından alınan məlumatları işləyən, aşkar edilmiş obyektləri tanıyan və identifikasiya edən “Sokol” 360 dərəcəlik dairəvi optik müşahidə və lokasiya sisteminə malikdir, hava vəziyyətini hesablayır və qurur və sonradan onu tabeli döyüş maşınlarına və mərkəzi idarəetmə məntəqəsinə ötürür.

Mövcud planlara görə “Trio” ZRK modil versiyasının ilk görüntüsü 23-26 iyun 2021-ci il tarixində Belarus Respublikasının Minsk şəhərində keçiriləcək 10-cu Beynəlxalq silah və texnikaların “MİLEX-2021” sərgisində nümayiş etdiriləcəkdir.

Kompleksin tərkibi:

– kəşfiyyat vasitələri ilə təchiz edilmiş səyyar idarəetmə məntəqəsi;

– döyüş maşını – 4 ədəd;

– nəqletmə-buraxma konteynerində R-60-NT və ya 9M37M zenit idarə olunan raketi – 4 ədəd 1 döyüş maşınında.

Əsas xassələri:

– hədəfi aşkaretmə məsafəsi, km, qədər:

– passiv optik radarla:

– 2,3×2,3 m ölçülü hədəfi – 20

– 0,3×0,3 m ölçülü hədəfi – 2

– “Strij-M” optik-elektron sistemi ilə – 15

– akustik stansiya ilə – 3

– hədəfi məhetmə məsafəsi – 8

– hədəfi məhvetmə yüksəkliyi – 5

Əhəd Əzizov

Poliqon.az

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş