TTM-də şəhid pilotlarla vida mərasimi keçirilir

Aprelin 2-də cəbhədə döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuş Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotları –  mayor Təbriz Musazadə, mayor Urfan Vəlizadə və baş leytenant Bəkir İsmayılov, həmçinin polkovnik-leytenant Murad Mirzəyevlə vida mərasimi başlayıb.

“AzeriDefence”nin məlumatına görə, mərasim Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində keçirilir.

Şəhidlər II Fəxri Xiyabanda dəfn ediləcəklər.

KATEQORIYA:
Bu xəbəri paylaş