TÜBİTAK 807 ədəd minaaxtaran detektoru sifarişçiyə çatdırıb – FOTO

TÜBİTAK 807 ədəd minaaxtaran detektoru sifarişçiyə çatdırıb – FOTO

TÜBİTAK BİLGEM mərkəzi tərəfindən istehsal edilən 807 ədəd “Ozan” adlı minaaxtaran detektor Türkiyə Silahlı Qüvvələrinə təhvil verilb.

Bu barədə Azeri Defence saytına TÜBİTAK BİLGEM mərkəzindən məlumat verilib.

Türkiyənin Müdafiə Sənayesi Komitəsi (SSB) ilə TÜBİTAK BİLGEM arasında imzalanmış müqavilə çərçivəsində istehsal edilən “Ozan” minaaxtaran detektorunun performans sınaqları uğurla tamamlanıb.

TÜBİTAK mühəndisləri tərəfindən milli və yerli imkanlar hesabına hazırlanan detektor qatlanaraq asanlıqla daşına bilir.

Çəkisi 1,5 kq olan “Ozan” minaaxtaranı kompakt quruluşa malikdir. Metal mina detektoru əməliyyat zonasında xidmət göstərən təhlükəsizlik bölmələrinin ehtiyacları nəzərə alınmaqla dizayn edilib. Dünyanın ən yüngül metal mina detektorlarından biri olan “Ozan” təhlükəsizlik bölmələrinə geniş ərazilərdə daşınma asanlığı təmin edir.

Yanlış siqnal dərəcəsi minimuma endirilən sistem operatora səsli, vizual və vibrasiya xəbərdarlıqları olan üç fərqli aşkarlama xəbərdarlığı təklif edir. Detektor üsərində quraşdırılan LCD ekranı ilə aşkar olunan hədəfin metal sıxlığı asanlıqla müşahidə edilə bilər.

Məlumatda o da qeyd olunub ki, hər cür hava şəraitində tam dəqiqliklə işləyə bilən “Ozan” sistemi MIL-STD 810G və IP-67 test standartlarına və MIL-STD 1472F erqonomika standartlarına cavab verməklə sertifikatlaşdırılıb.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş