TÜBİTAK idarə olunmayan bombaları “ağıllandıracaq”

Türkiyənin TÜBİTAK mərkəzi bombaların idarə olunması üçün Həssas Güdümlü Kit hazırlayıb. Bu barədə “AzeriDefence” Türkiyə mediasına istinadən məlumat verib.

Təyyarədən atılan bombalara izləmə bacarığını qazandıran Həssas Güdümlü Kitin hazırlanması TÜBİTAK Müdafiə Sənayesi Araşdırma İnstitutu tərəfindən 5 il sərf olunub.

HGK idarə olunmayan bombaların üzərinə bağlanacaq şəkildə dizayn olunub.

Türkiyə Silahlı Qüvvələrinin “ağıllı bomba”lara olan ehtiyacını qarşılamaq məqsədi ilə HGK-ların seriyalı istehsalına 2013-cü ildən başlanacaq.

KATEQORIYA:
Bu xəbəri paylaş