TÜBİTAK-ın Qanadlı Yönləndirmə Dəsti sınaqdan keçirilib

TÜBİTAK-ın Qanadlı Yönləndirmə Dəsti sınaqdan keçirilib

TÜBİTAK SAGE mərkəzi tərəfindən yaradılmış Qanadlı Yönləndirmə Dəstinin (KGK) Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarədən atış sınaqları keçirilib.

“AzeriDefence”nin məlumatına görə, bu barədə TÜBİTAK SAGE mərkəzinin sosial media hesabında bildirilib.

TÜBİTAK SAGE mütəxəssislərinin sözlərinə görə, HHQ-nin silahlanmasındakı 250 və 500 kq-lık ümumi məqsəd bombalarını “hava-yer” tipli uzun mənzilli yeni nəsil sursatlara çevirən KGK-nin sınaqları uğurla nəticələnib.

Qanadlı Yönləndirmə Dəstinin uçuş mənzili 110 km-dir. KGK atış təsiri və sürəti ilə qazandığı enerjini sahib olduğu xarici qurluşu sayəsində uzun mənzilə çevirir. Bu mənzil və vurma imkanları sayəsində KGK istifadə edən döyüş təyyarələri təhlükəli bölgələrə girmədən, hədəfləri yüksək dəqiqliklə (6 metr sapma ehtimalı) vura bilər.

Qanadlı Yönləndirmə Dəsti F4E 2020 təyyarələrinə, F-16C Blok təyyarələrinə sertifikatlaşdırılıb.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş