TÜBİTAK SAGE məhsullarının ordu rəhbərliyinə təqdimatı keçirilib

TÜBİTAK SAGE məhsullarının ordu rəhbərliyinə təqdimatı keçirilib

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar, Sənaye və Texnologiya naziri Mustafa Varank və Silahlı Qüvvələrin komandanları TÜBİTAK SAGE mərkəzini ziyarət ediblər.

Bu barədə Azeri Defence saytı Türkiyənin Milli Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

Ziyarət çərçivəsində qonaqlara TÜBİTAK SAGE mərkəzində həyata keçirilən layihələr barədə brifinq verilib. Daha sonra qonaqlar TÜBİTAK SAGE tərəfindən yerli və milli imkanlar hesabına istehsal olunan hərbi təyinatlı məhsullarla yaxından tanış olublar.

Səfər zamanı Hulusi Akar, Mustafa Varank və Silahlı Qüvvələrin komandanlarına SOM, SOM-J, GÖKTUĞ layihəli “Gökdoğan” və “Bozdoğan” raketləri, HGK həssas yönləndirmə dəsti, KGK qanadlı yönləndirmə dəsti, o cümlədən SARB-83, SERT-82, NEB-84 bombaları, “Bozok”, “Togan”, “Kuzgun”, “Akkor”, “Pulat” aktiv müdafiə sistemləri, EHPOD və EDPOD qınları və digər məhsullar barəsində ətraflı məlumat verilib.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş