Tunisdə COVID-19 pandemiyası ilə mübarizədə patrul robotdan istifadə edilir

Tunisdə COVID-19 pandemiyası ilə mübarizədə patrul robotdan istifadə edilir

Tunis polisi COVID-19 pandemiyası ilə mübarizə aparmaq üçün “PCuards” robotundan istifadə edir.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi xəbərə görə, Tunisdə polis COVID-19 pandemiyası ilə əlaqədar elan edilən xüsusi karantin rejim qaydalarını pozanları “Pguards” robotu ilə müəyyən edir.

Əgər patrul zamanı robot küçədə bir adamı müşahidə edirsə, ona yaxınlaşır və ictimai yerdə olmağının məqsədi barədə soruşur. Vətəndaşlar pasportlarını və ya digər sənədlərini də “PGuards” kamerasında göstərməlidirlər. Kameradan monitora görüntülər alan polis əməkdaşları verilən məlumatları yoxlaya bilirlər.

Qeyd edək ki, Tunisdə koronavirus pandemiyası ilə əlaqədar ikinci həftədir karantin rejimi tədbiq edilir. Vətəndaşlara yalnız apteklərə getmək və ya həyati məhsullar almaq üçün çölə çıxmağa icazə verilir.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş