“TurAz Qartalı-2017” təlimi başladı

Sentyabrın 18-dən Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin iştirakı ilə “TurAz Qartalı – 2017” birgə taktiki-uçuş təlimləri başlayıb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Sentyabrın 30-dək davam edəcək təlimlərdə iki ölkənin Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29, F-16, Su-25, C-130 Herkules, CASA CN-235 təyyarələri və Mi-35, Mi-17, Sikorski S-70 helikopterlərindən ibarət 30-dək aviasiya vasitəsi iştirak edəcək.

KATEQORIYA:
Bu xəbəri paylaş