“TurAz Qartalı – 2017” təlimlərində iştirak edəcək Türkiyə aviasiyasının növbəti qrupu Azərbaycana gəlib – FOTO – VİDEO

“TurAz Qartalı – 2017” birgə təlimlərində iştirak etmək üçün Türkiyə hərbi aviasiyasının növbəti qrupu Azərbaycana gəlib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Sentyabrın 18-dən 30-dək Azərbaycanda keçiriləcək təlimlərdə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29, F-16, Su-25, C-130 “Herkules”, CASA CN-235 təyyarələri və Mi-35, Mi-17, “Sikorski” S-70 helikopterlərindən ibarət 30-dək aviasiya vasitəsi iştirak edəcək.

Aviasiya vasitələrinin gəlişi davam edir.

KATEQORIYA:
Bu xəbəri paylaş