“TurAz Qartalı”: Aviasiya vasitələri döyüş tapşırıqlarını icra edib – VİDEO

“TurAz Qartalı”: Aviasiya vasitələri döyüş tapşırıqlarını icra edib – VİDEO

Azərbaycanda keçirilən “TurAz Qartalı – 2020” birgə taktiki-uçuş təlimlərinin birinci mərhələsi davam edir.

Bu barədə Azeri Defence saytına Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Mərhələnin planına uyğun olaraq Azərbaycan və Türkiyənin aviasiya vasitələrinin gündüz və gecə şəraitində döyüş uçuşları keçirilib.

Təlimlərdə iştirak edən hər iki ölkənin hərbi aviasiyası müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət, döyüş uzlaşması imkanlarının öyrənilməsi, axtarış-xilasetmə tədbirlərinin icrası, havadan zərbələr endirməklə yer hədəflərinin məhv edilməsi və digər tapşırıqların yerinə yetirilməsi məqsədilə uçuşlar həyata keçirib.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş