“TurAz Qartalı”: Azərbaycan və Türkiyə hərbçiləri verilən tapşırıqları uğurla yerinə yetirir

Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə həyata keçiridiyi genişmiqyaslı “TurAz Qartalı-2020” döyüş atışlı taktiki təlimləri davam etdirilir.

Bu barədə Azeri Defence saytı Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

Məlumatda bildirilib ki, “TurAz Qartalı-2020” birgə təlimləri çərçivəsində Azərbaycan və Türkiyə hərbçiləri verilən tapşırıqları uğurla yerinə yetirir.

Qeyd edək ki, Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq Azərbaycanda hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirilir.

Birgə təlimlərdə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb edilir.

Plana əsasən təlimlər avqustun 1-dən 5-dək quru qoşunlarının da cəlb edilməsi ilə Bakıda və Naxçıvanda, hərbi aviasiya vasitələrinin iştirakı ilə isə iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçirilir.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş