“TurAZ Qartalı”: Hərbi pilotlar hədəflərin aşkarlanması və məhv edilməsi üzrə tapşırıqları yerinə yetirib – VİDEO

“TurAZ Qartalı”: Hərbi pilotlar hədəflərin aşkarlanması və məhv edilməsi üzrə tapşırıqları yerinə yetirib – VİDEO

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin “TurAz Qartalı – 2020” birgə taktiki-uçuş təlimlərinin birinci mərhələsi davam edir.

Bu barədə Azeri Defence saytına Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Tam hazır vəziyyətə gətirilən helikopterlərin təlim ərazisində nümunəvi təlim uçuşları keçirilib.

Təlimlərdə hərbi pilotlar şərti düşmənin fəaliyyətinin qarşısının alınması, onun müxtəlif obyektlərinin, hərəkət edən və hərəkətsiz zirehli texnikasının, o cümlədən qəflətən qarşıya çıxan digər hədəflərin aşkarlanması və məhv edilməsi üzrə tapşırıqları yerinə yetirib.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş