“TurAz Şahini – 2016” təlimlərində iştirak edəcək Azərbaycan pilotları Türkiyədə – VİDEO

Azərbaycanla Türkiyə arasında illik hərbi əməkdaşlıq planına əsasən martın 7-dən başlayacaq “TurAz Şahini – 2016” təlimlərində iştirak etmək məqsədilə Azərbaycan Hərbi Hava Qüvvələrinin təlimlərə qatılan şəxsi heyətinin bir qismi Konya şəhərində yerləşən aviabazaya gedib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

İki ölkənin Hərbi Hava Qüvvələrinin iştirakı ilə keçirilən təlimlər martın 25-dək davam edəcək.

Qeyd edək ki, artıq ikinci dəfə Türkiyədə baş tutacaq müştərək təlimlərdə Azərbaycan Hərbi Hava Qüvvələrinin 3 ədəd MiQ-29 qırıcı, 3 ədəd Su-25 hücum və İl-76 hərbi-nəqliyyat təyyarələri iştirak edəcək.

turaz1

turaz2

KATEQORIYA:
Bu xəbəri paylaş