“TURAZ Şahini – 2016” təlimlərində şərti düşmənin hərbi aerodromu məhv edilib – FOTO-VİDEO
Türkiyənin Konya şəhərində keçirilən “TURAZ Şahini – 2016” birgə taktiki-uçuş təlimləri davam edir.
Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Təlimlərin ssenarisinə əsasən Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin pilotları birgə F-16 və MiQ-29 qırıcı, Su-25 bombardmançı təyyarələri ilə şərti düşmənin hərbi hava limanının və strateji obyektlerinin məhv edilməsi əməliyyatını keçirib.
Təlimlər davam edir.