“TURAZ Şahini-2016” təlimlərinin açılış brifinqi keçirilib- FOTOLAR

“TURAZ Şahini-2016” taktiki-uçuş təlimlərinin açılış brifinqi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, brifinqdə çıxış edən general-leytenant Haluk Şahar təlim iştirakçılarını salamlayb. O, çıxışının əvvəlində Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamlarını xatırladaraq keçirilən təlimlərin hər iki dövlətin Silahlı Qüvvələrinin tarixində önəmli rol oynadığını vurğulayıb.

Sonra “TURAZ Şahini-2016” təlimlərinin açılış brifinqi təqdim olunub, vəzifələrin mahiyyəti və tapşırıqların icrası ilə bağlı təlimatlar iştirakçılara çatdırılıb.

Təlimlərin məqsədi beynəlxalq manevr üsullarına uyğun olaraq qarşıya qoyulan vəzifələri icra etmək, sistem fərqlilikləri olan təyyarələrin birlikdə təhlükəsiz uçuş qaydalarını dərindən öyrənmək, vəzifələrin palanlaşdırılması, həyata keçirilmə metodları, hava-hava, hava-yer atışlarında təcrübə mübadiləsini və iki ölkənin hərbi hava qüvvələri arasındakı əlaqələrin inkişafını təmin etməkdir.

Uçuşlar zamanı tapşırıqların asandan çətinə doğru artırılması planlaşdırılıb.

Təlimlər davam edir.

turaz2

turaz3

turaz4

KATEQORIYA:
Bu xəbəri paylaş