“TURAZ Şahin”ləri birgə əməliyyat keçirib

Türkiyənin Konya şəhərində keçirilən “TURAZ Şahini – 2016” birgə taktiki-uçuş təlimlərinin növbəti günündə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin pilotları birgə əməliyyat keçirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, əməliyyat zamanı qarşıya qoyulan tapşırıq şərti düşmənin strateji obyektləri və bu obyektləri mühafizə edən təyyarələri məhv etmək olub.

Uçuşlardan öncə təyyarəçilərlə brifinq keçirilib. Əməliyyat planı, hava şəraiti və digər məsələlər müzakirə edilib.

MiQ-29 və F-16 qırıcı, Su-25 bombardmançı təyyarələrin iştirak etdiyi əməliyyat plana uyğun olaraq həyata keçrilib və uğurla başa çatıb.

Qeyd edək ki, Azərbaycan təyyarəçiləri F-16 qırıcı, türk pilotlar isə MiQ-29 qırıcı və Su-25 bombardmançı təyyyarələrində əməliyyata qatılıblar.

Təlimlər davam edir.

turaz1

turaz2

turaz3

turaz5

????????????????????????????????????

turaz8

turaz9

turaz10

turaz12

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş