Turbomecadan helikopterlər üçün yeni mühərrik

Turbomeca (Safran Group) şirkəti 1100 at gücünə malik “Arrano” adlı yeni turbo vallı mühərrikini təqdim edib. “AzeriDefence”nin Turbomeca şirkətinin saytına istinadən verdiyi məlumata görə, yeni mühərrik 4 tondan 6 ton çəkiyədək helikopterlərin təchizatı üçün nəzərdə tutulur. Bu mühərrik Turbomecanın “Arriel” və “Ardiden” adlı mühərrikləri arasındakı boşluğu tutacaq.

“Arrano” mövcud mühərriklərdən əhəmiyyətli dərəcədə azaldılmış yanacaq işlətməsi (10-15%) və maddi-texniki xidmətin daha effektivliyi ilə fərqlənir.

Qeyd edək ki, 2012-ci ilin iyul ayında Eurocopter şirkəti bildirib ki, X4 yeni nəsil helikopterlər bu mühərrik ilə təchiz edilmiş birinci maşın olacaq. Mühərrikin sınaqları 2014-cü ildə başlanacaq.

KATEQORIYA:
Bu xəbəri paylaş