Türk AWACS-larına İsrail əngəli

İsrailin “Elta” firması “Boeing” şirkətinə Türkiyə üçün istehsal edilən AWACS (havadan erkən xəbərdarlıq və idarəetmə) təyyarələri üçün gərəkli avadanlığın çatdırılmasından imtina edib. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə “Defense News” nəşri məlumat yayıb.

“Elta”ya Türk AWACS-ları üçün avadanlıq göndərməmək əmrini İsrail Müdafiə Nazirliyi verib. Qərarın İsraildə olan təhlükəsizlik təchizatlarının Türkiyəyə göndərilməsini əngəlləmək məqsədi daşıdığı yazılıb.

Hərbi nəşr “Boeing”in bunun müqabilində digər ölkəlrə üz tutacağını yazıb.

Məlumata görə, indiyədək İsrail şirkəti “Boeing”ə göndəriləcək dörd partiya məhsulun yalnız ikisini çatdırıb. Hərbi nəşr İsrail Müdafiə Nazirliyinin bu qərarının “Elbit” şirkətini 55 milyon dollar ziyana saldığını yazıb.

“Defense News”a danışan “Elta” qaynaqları gecikmənin siyasi bir məsələ olduğunu və İsrail-Türkiyə əlaqələrindəki gərginlikdən qaynaqlandığını bildirib.

KATEQORIYA:
Bu xəbəri paylaş