Türk “Hürkuş”u martda Hava Qüvvələrinə qatılır

Türkiyənin ilk təlim təyyarəsi olan “Hürkuş” sınaq uçuşlarını müvəffəqiyyətlə başa çatdırıb. Təyyarənin 5 illik yaradılma və inkişaf proqramı sona çatıb. “Azeri Defence” saytının məlumatına görə, TAI (Turkish Aerospace Industries) tərəfindən istehsal edilən «Hürkuş»un Hava Qüvvələrinə çatdırılmasına mart ayında başlanacaq.

“Hürkuş” Türkiyə Silahlı Qüvvələrində ötən əsrin 80-ci illərində inventara daxil olmuş T-37 təyyarəsini əvəz edəcək.

Hər cür hava şəraitində uçuşları icra edə biləcək “Hürkuş” iki pilotludur. Bu təyyarə F-16 və F-35 döyüş təyyarələrinə ən yaxın təhsili təmin edəcək. Akrobatik xüsusiyyətlərə sahib olan təyyarə, çətin təlim şəraitinə uyğun hazırlanıb. EASA CS 23 qaydalarına uyğun sertifikatlaşdırılmış “Hürkuş” standart təyyarə sistemləri ilə yanaşı kabin təzyiqləndirmə, katapult sistemi, təyyarə içinə oksigen istehsalı sisteminə (OBOGS) də sahibdir.

KATEQORIYA:
Bu xəbəri paylaş