Türk Ordusu ASELSAN-ın REDET-II komplekslərini əldə edib – VİDEO

Türk Ordusu ASELSAN-ın REDET-II komplekslərini əldə edib – VİDEO

Türkiyənin ASELSAN şirkəti tərəfindən istehsal edilən REDET-II adlı radioelektron mübarizə kompleksinin tədarükü davam etdirilir.

Azeri Defence saytının məlumatına görə, bu barədə Türkiyənin Müdafiə Sənayesi Komitəsinin (SSB) sədri İsmail Dəmir özünün sosial media hesabında deyib.

SSB sədri bildirib ki, REDET-II radioelektron mübarizə kompleksinin tədarükü Radar Elektron Dəstək / Elektron Hücum (REDET-II) Layihəsi çərçivəsində həyata keçirirlir.

“REDET-II kompleksi ilə Silahlı Qüvvələrimizin elektron döyüş qabiliyyətlərini daha yüksək səviyyəyə qaldırırıq”, – deyə SSB sədri İsmail Dəmir vurğulayıb.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş