Türk Ordusu çox sayda HGK-82 həssas yönləndirmə dəsti ilə silahlandırılıb

Türk Ordusu çox sayda HGK-82 həssas yönləndirmə dəsti ilə silahlandırılıb

ASELSAN şirkəti tərəfindən hazırlanan HGK-82 həssas yönləndirmə dəstinin ilk partiyası Türkiyə Silahlı Qüvvələrinə təhvil verilib.

Azeri Defence saytının məlumatına görə, bu barədə “ASELSAN Dərgisi”nin son sayında dərc olunmuş xəbərdə bildirilib.

Türkiyənin Müdafiə Sənayesi Komitəsi (SSB) ilə ASELSAN arasında 2019-cu il avqustun 22-də HGK-82 modern həssas yönləndirmə dəstinin tədarükünə dair müqavilə imzalanıb.

Müqavilə çərçivəsində hazırlanan çox sayda HGK-82 həssas yönləndirmə dəstinin qəbul sınaqları uğurla nəticələnib və Silahlı Qüvvələrin silahlanmasına qəbul edilib.

 

KATEQORIYA:
Bu xəbəri paylaş