Türk Ordusu “dron sürüləri” ilə hücum etdi

Türk Ordusu “dron sürüləri” ilə hücum etdi

Türkiyə Silahlı Qüvvələri döyüş əməliyyatları zonasında ilk dəfə olaraq “dron sürüləri” ilə hücum həyata keçirib.

“AzeriDefence”nin məlumatına görə, hücumlar bu günlərdə İdlib şəhəri yaxınlığında Türk Ordusuna hücum edən Suriya qüvvələrinə qarşı reallaşdırılıb.

STM şirkətinin istehsalı olan “Karğu” kamikadze dronlarının sürü halında tətbiqi nəticəsində Suriya Ordusu çox sayda itki verib.

Gündüz və gecə kəşfiyyat və hücum əməliyyatları üçün nəzərdə tutulan “Karğu” multirotor dron bir əsgər tərəfindən daşına və idarə oluna bilir. Hədəfin təyini, hücumun edilməsi, tapşırığın icra prosesi zamanı hədəfin yenilənməsi, hücumdan imtina edilməsi kimi funksiyalara malik “Karğu” dronunun yenilənmiş versiyasında təyin edilmiş məsafədə partlatma, habelə sürü halında hücum, üz tanıma kimi müasir alqoritmlər tətbiq edilib.

Kamikadze dron 300 qramdan 1 kiloqramadək ağırlıqda döyüş başlığı daşıya və hədəfə 45 dərəcə bucaq altında hücum edə bilir.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş