Türk Ordusu “Sonqar” silahlı dronları əldə edib

Türk Ordusu “Sonqar” silahlı dronları əldə edib

Türkiyənin “AsisGuard” şirkəti tərəfindən istehsal edilən “Sonqar” adlı silahlı dron qəbul sınaqlarını tamamlayaraq Silahlı Qüvvələrin invertarına daxil edilib.

“AzeriDefence”nin Türkiyə mediasına istinadən verdiyi məlumata görə, “Sonqar” PUA “Yerli mallar sertifikatı” alıb. TOBB-nin razılığı ilə verilən sənəd çərçivəsində “Sonqar” PUA-nın yerli imkanları 83,42% təşkil edib.

5.56 mm çaplı pulemyotla silahlandırılmış “Sonqar” silahlı dronun xəzinəsi 200 patron tutumuna malikdur. Dron silahla yanaşı lazer məsafəölçən, ballistik hesablayıcı və nişangaha sahibdir.

10 km uçuş radiusuna malik “Sonqar” üçün “AsisGuard” şirkəti tərəfindən patentləşdirilmiş xüsusi silah stabilləşdirici yaradılıb. “Sonqar”ın çəkisi tam təchizatlı halda 25 kiloqramdır. Bu yüklə uçuş aparatı havada ən azı 20 dəqiqə qalır və 2800 metr yüksəkliyə qalxa bilir. IP 67 standardına uyğun dizayn edilmiş dronun digər bir özəlliyi isə atışın nəticələrini qeydə almasıdır.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş