Türk Ordusunun “Leopard” 2A4 tankları ROKETSAN tərəfindən zirehləndirilir

Türk Ordusunun “Leopard” 2A4 tankları ROKETSAN tərəfindən zirehləndirilir

Türkiyənin ROKETSAN şirkəti tərəfindən “Leopard” 2A4 tankları üçün hazırlanmış zireh paketinin kalifikasiya testləri və inteqrasiyası uğurla başa çatıb.

Azeri Defence saytının məlumatına görə, bu barədə Türkiyənin Müdafiə Sənayesi Komitəsinin (SSB) sədri İsmail Dəmir özünün sosial media hesabında deyib.

ROKETSAN-ın Ballistik Müdafiə Mərkəzində ilk növbətə 40 ədəd “Leopard” 2A4 tankının zirehlənməsi həyata keçiriləcək və tankların davamlılığı maksimum dərəcədə artırılacaq.

“Quru Qoşunları Komandanlığının inventarında yer alan M60T və “Leopard” 2A4 əsas döyüş tanklarımızın qabiliyyətlərini bugünkü müasir döyüş şəraitinə uyğun olaraq artırmağa davam edirik”, – deyə SSB sədri bildirib.

KATEQORIYA:
Bu xəbəri paylaş