Türk Ordusunun yeni zirehli amfibiya maşını ZAHA – FOTO/VİDEO

Türk Ordusunun yeni zirehli amfibiya maşını ZAHA – FOTO/VİDEO

Türkiyənin FNSS şirkəti tərəfindən hazırlanan amfibiya tipli ZAHA (Zırhlı Amfibi Hücum Aracı) zirehli transportyorunun dəniz sınaqları keçirilir.

Azeri Defence saytının məlumatına görə, bu barədə FNSS şirkətinin sosial media hesabında bildirilib.

Türkiyənin Hərbi Dəniz Qüvvələrinin ehtiyaclarını qarşılamaq məqsədilə hazırlanan ZAHA zirehli maşını TCG Anadolu (L-408) desant gəmisinin texnika ehtiyaclarını ödəyəcək.

Qeyd edək ki, ilkin mərhələdə 27 ədəd amfibiya zirehli maşınının yaradılması planlaşdırılıb. Texnikalar silahlı qüvvələrə 2021-ci ilə qədər təhvil veriləcək.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş