Türk pilotları hava döyüşündə Suriyanın iki Su-24 təyyarəsini vurdular

Türk pilotları hava döyüşündə Suriyanın iki Su-24 təyyarəsini vurdular

Suriya Hərbi Hava Qüvvələrinə məxsus 2 ədəd Su-24 döyüş təyyarəsi Türkiyə Hərbi Hava Qüvvələri (HHQ)  tərəfindən vurulub.

“AzeriDefence”nin bildirdiyinə görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Suriya təyyarələri Türkiyə HHQ-nin təyyarələri tərəfindən hava döyüşündə vurulub. Bundan başqa, bu gün Türkiyənin silahlı pilotsuz uçuş aparatımını vuran Suriyaya məxsus zenith-raket kompleksi və əlavə iki hava hücumundan müdafiə sistemi də məhv edilib.

“Təyyarələrimizə hücum edən rejimə aid iki ədəd Su-25 təyyarəsi də vurulub”, – deyə məlumatda bildirilir.

KATEQORIYA:
Bu xəbəri paylaş