Türk şirkəti çox məqsədli hibrid robot hazırlayıb – FOTOLAR

Türk şirkəti çox məqsədli hibrid robot hazırlayıb – FOTOLAR

Türkiyənin “Elektroland Defence” şirkəti BOĞAÇ adlı çox məqsədli hibrid robot hazırlayıb.

Bu barədə Azeri Defence saytına “Elektroland Defence” şirkətindən məlumat verilib.

BOGAÇ robotunun uzunluğu 2.5 metr, eni 3.5 metr təşkil edir. BOGAÇ-ın dizaynı üzərinə müxtəlif silah sistemlərinin inteqrasiyasına imkan verir.

Robot kəşfiyyat, logistik dəstək və nəzarət-müşahidə missiyalarını yerinə yetirməyə qadirdir.

6×6 təkər formuluna malik robot 2 km məsafədən idarə oluna bilir. BOGAÇ tibbi heyətin girməsinin riskli olduğu döyüş sahəsindən yaralıları təhlükəsiz şəkildə çıxarmaq qabiliyyətinə malikdir.

Şirkət mütəxəssislərinin sözlərinə görə, BOGAÇ robotu mina və partlamamış hərbi sursatların (PHS) zərərsizləşdirilməsi missiyaları üçün mükəmməl platformadır.

KATEQORIYA:
Bu xəbəri paylaş