Türk şirkəti Azərbaycanın Müdafiə Nazirliyini Norveç istehsalı olan hədəf sistemləri ilə təchiz edib

Türkiyənin “Target” şirkəti Azərbaycan Müdafiə Nazirliyi üçün Norveçin “Kongsberg” şirkətinin istehsalı olan elektron hədəf sistemlərinin çatdırılmasını həyata keçirib.

“AzeriDefence”nin xəbərinə görə, bu barədə “Target” şirkəti öz internet səhifəsində məlumat yayıb.

Müdafiə Nazirliyinə “Kongsberg” hədəf sistemlərinin çatdırılması 2016-cı ildə reallaşdırılıb.

Şirkət, Müdafiə Nazirliyi ilə yanaşı 2016-cı ildə DİN Daxili Qoşunlarının poliqonunu PoP-Up (yatıb qalxan) hədəflərlə təchiz edib.

Bundan başqa, “Target” şirkəti 2015-ci ildə Dövlət Sərhəd Xidmətinin poliqonunu təchiz edib. Həmin poliqonda 2000, 1000, 500, 300, 100 və 25 metr məsafələrdə hədəf sistemləri qurulub.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş