Türk şirkəti mülki təyyarə və helikopterlər üçün batareyaların istehsalına başlayır

Türkiyənin ASPİLSAN mülki sərnişin təyyarələri və helekopteri üçün batareyalar istehsal etməyə başlayıb.

“AzeriDefence”nin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ASPİLSAN hərbi təyyarə və helekopterlərdən sonra mülki aviasiya üçün də batareyalar istehsal etməyə başlayıb.

ASPİLSAN-ın istehsalı olan, hazırda F-16, F-4E və CN-235 hərbi təyyarələrində istifadə olunan batareyalar Avropa Aviasiya və Kosmos Agentliyi ilə aparılan sertifikasya prosesi tamamlandıqda mülki təyyarələrdə də istifadə ediləcək.

Hazırda 150 növdən çox batareya istehsal edən ASPİLSAN, yeni nəsil təyyarələr üçün yüngül və enerji tutumu çox olan litium batareyalarının yaradılması üzrə işlər aparır. Qeyd edək ki, litium batareyalar ilk dəfə olaraq “Boeing 787 Dreamliner” sərnişin təyyarələrində istifadə edilib.

KATEQORIYA:
Bu xəbəri paylaş