Türk şirkətinin Qətərə inşa etdiyi katerlər “Mühafiz”lə silahlandırılacaq

Türkiyənin ASELSAN şirkəti və “Ares” tərsanəsi arasında 20 milyon avro dəyərində müqavilə imzalanıb.

Bu barədə “AzeriDefence” ASELSAN şirkətinə istinadən məlumat verib.

Müqavilə çərçivəsində “Ares” tərsanəsi tərəfindən Qətər Sahil Mühafizəsi üçün inşa edilmiş katerlər ASELSAN şirkətinin istehsalı olan “Mühafiz” silah sistemi ilə təchiz ediləcək.

Müqaviləyə əsasən “Ares” şirkəti katerləri 2018-ci ildə sifarişçiyə təhvil verəcək.

Qeyd edək ki, “Ares” tərsanəsi tərəfindən Qətər Sahil Mühafizəsi üçün 5 ədəd ARES 75 HERCULES, 10 ədəd ARES 110 HERCULES və 2  ədəd ARES 150 HERCULES sinifli olmaqla 17 kater inşası nəzərdə tutulub.

KATEQORIYA:
Bu xəbəri paylaş