Türk şirkətləri Rumıniya HDQ-nin freqatlarını modernizə edəcəklər

Türkiyənin STM şirkətinin rəhbərliyi altında HAVELSAN, ASELSAN və Rumıniyanın CSR şirkətinin qurduğu ortaqlıq Rumıniya Hərbi Dəniz Qüvvələrinin elan etdiyi Tip-22 freqatlarının modernləşdirilməsi tenderinin qalibi olub.

Bu barədə “AzeriDefence” HAVELSAN şirkətinə istinadən məlumat verib.

Layihə çərçivəsində modernləşdiriləcək Tip-22 (Type-22) freqatlarına HAVELSAN şirkətinin istehsal etdiyi Döyüş İdarəetmə Sistemi (SYS) qurulacaq. Gəminin üzərindəki silah və avadanlıqların sistemə inteqrasiyasını da HAVELSAN şirkəti həyata keçirəcək.

HAVELSAN bu tender ilə ilk dəfə bir döyüş idarəetmə sisteminin də ixracını reallaşdırmış olacaq.

Qeyd edək ki, sərbəst hərbi əməliyyat apara bilən kiçik döyüş gəmisi olan Tip-22 freqatı İngiltərə istehsalıdır. Rumıniya Hərbi Dəniz Qüvvələri tərəfindən bu gəmilər 2004-2005-ci illərdə döyüş sistemləri sökülərək satın alınıb.

Rumıniya HDQ-nin silahlanmasında iki ədəd Tip-22 freqatı yer alır.

KATEQORIYA:
Bu xəbəri paylaş