Türk şirkəti Azərbaycana silahlı robot təklif edib

Türkiyənin Elektroland firması Azərbaycanla bomba zərərsizləşdirən və silahlı robotlar təklif edi. Bu barədə “AzeriDefence.com” saytına şirkətin direktoru Fərhad Uğur məlumat verib.

F. Uğurun sözlərinə görə, hazırda bununla bağlı Daxili Qoşunlar və digər hərbi qurumlarla müzakirələr aparılır.

Şirkət rəhbərinin sözlərinə görə, Azərbaycan tərəfinə eyni zamanda bu robotların birgə istehsalını da təklif ediblər: “Bizim silahlı robotumuz “Koca Yusif” adlanır. Onun üzərinə kamera sistemləri və silah daxildir. Robot hər cür relyefdə hərəkət edə bilir”.

KATEQORIYA:
Bu xəbəri paylaş